“Qarabağ” Xankəndidəki oyun üçün hazırlanmış xüsusi formaları satışa çıxarıb

29
Dek
2023
18:07

“Qarabağ” Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final oyunu üçün hazırlanmış xüsusi formaları satışa çıxarıb.

Azreform.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, MOİK-lə qarşılaşmaya özəl hazırlanmış məhdud sayda sertifikatlı formalar fanşopda satışdadır. İşğaldan azad olunduqdan sonra Xankəndi şəhər stadionunda təşkil olunan tarixi qarşılaşmanın əzəmətini və qürurunu özündə əks etdirən 100 ədəd özəl qablaşdırmalı və sertifikatlı futbol geyimi sahibini gözləyir. Forma rəngləri ağ, göy və qaradır.

Qeyd edək ki, dekabrın 21-də keçirilən görüşdə “Qarabağ” MOİK-i 1:0 hesabı ilə məğlub edib.