Cəlilabadda iki nəfər kanala düşərək boğulub

29
Dek
2023
16:42

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Uzuntəpə kəndi ərazisində iki nəfər kanala düşərək boğulub.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.