Göygöldə "UAZ" aşdı, sürücü öldü

29
Dek
2023
10:00

Göygöldə avtomobil aşıb.

Lent.az xəbər verir ki, hadisə Çaykən kəndi ərazisində qeydə alınıb. Allahverdiyev Elçin Vahid oğlunun idarə etdiyi "UAZ 469B" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü xəstəxanada ölüb.

Araşdırma aparılır.