"10 ildir bu küçəyə asfalt çəkilmir" - FOTO

28
Dek
2023
17:35

Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisi, Aslan Atakişiyev küçəsində yollar bərbad vəziyyətdədir.

Azreform.info ”ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.

Sakinlər bildirirlər ki, qəsəbədə 10 ildən artıq müddətdə yaşayış olsa da, indiyədək yola asfalt vurulmayıb: “Yağmurlu havalarda qəsəbə yollarının vəziyyəti daha acınacaqlı olur”,- deyə şikayətdə qeyd olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin 19 dekabr sərəncamı ilə Sabunçu rayonunun Zabrat, Sabunçu və Ramana qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 450 min manat ayrılıb. 

Qəsəbə sakinləri sərəncamdan sonra növbəlilik qaydasında yollarının təmir olunacağına ümid edir.

Könül
Azreform.info