Azreform.info xəbər verir ki, jurnalistlərin müşayiəti ilə Qəzza zolağına gələn SAXAL-nin mətbuat xidmətinin rəhbəri, briqada generalı Daniel Həcəri bazar ertəsi, noyabrın 13-ü axşam saatlarında mediaya xüsusi açıqlama verib. O, HƏMAS-ın Rantisi Uşaq Xəstəxanasının pərdəsi altında yaratdığı terror infrastrukturunu nümayiş etdirib.
Terrorçuların tunelləri və silahları Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri və Qəzzada fəaliyyət göstərən SAXAL 401-ci briqadası tərəfindən aşkar edilib.
"Həmas uşaq xəstəxanasını terror bazasına çevirib", - Həcəri deyib.
SAXAL uşaq xəstəxanasında HƏMAS-ın silah anbarını göstərdi
14
Noy
2023
11:11