Qaxda külək məktəbin dam örtüyünü uçurub - FOTO

28
Dek
2023
15:00

Qax rayonunda güclü külək məktəbin dam örtüyünü uçurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağçay kəndində baş verib.

Güclü külək nəticəsində 120 şagird yerlik Ağçay kənd ümumi orta məktəbinin dam örtüyü qoparaq məktəbin həyətinə düşüb. Hadisə dərs zamanı baş verib.

Şagirdlər arasında təşviş yaşansa da, xəsarət alan olmayıb.