Azərbaycanda 6 milyonluq şirkət kiçilir

28
Dek
2023
11:49

“Azorganik” kənd təsərrüfatı istehsal-istehlak kooperativi nizamnamə kapitalını azaldır.

Azreform.info ”ın məlumatına görə, şirkət 680,303 min manat və ya 10% azalmaya gedir.

Bununla da, şirkətin nizamnamə kapitalı 5 923,546 min manat təşkil edəcək.

Qeyd edək ki, “Azorganik” kənd təsərrüfatı istehsal-istehlak kooperativi 13.05.2020 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Səfərova Aliyə Valeh qızı, hüquqi ünvanı Göyçay rayonu, Göyçay şəhəri, Mehdi Hüseynzadə, ev 22-dir.

Könül
Azreform.info