Bakı vağzalında izdiham yarandı - FOTOLAR

28
Dek
2023
10:56

Bu gün səhər saatlarında Bakı Dəmir Yolu Vağzalında sərnişin sıxlığı yaranıb.

Azreform.info ın məlumatına görə, buna səbəb Bakı-Ağstafa qatarının gecikməsi olub.

Bildirilir ki, Ağsatafaya gedəcək sərnişin qatarı 08.45-də yola düşməli olsa da, sözügedən qatar gəlməyib: "Sumqayıt-Bakı qatarı da 20 dəqiqə gecikmə ilə gəlib. Xırdalan-Bakı qatarı öz vaxtında gəlib dayanan kimi, adını dəyişib Bakı-Gəncə-Ağstafa etdilər. Təsəvvür edin, eyni vaxtda 2 qatar gəlib dayanıb, bir də əlavə olaraq Ağsatafa qatarının sərnişinləri". 

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC səhər saatlarında güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələrin qatarların hərəkət qrafikindən çıxmasına səbəb olduğunu açıqlamışdı.

Könül
Azreform.info