Nazirlik sahibkarlıqla bağlı vahid reyestrin yaradılması işlərini bu şirkətə tapşırdı

28
Dek
2023
10:21

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılmasına başlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi reyestrin yaradılması işlərini "TIM Consulting" şirkətinə həvalə edib.

Şirkət reyestrin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını həyata keçirəcək.

Həmçinin reyestr yaradılandan sonra ona texniki və əməliyyat dəstəyi göstərəcək.