Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

28
Dek
2023
10:00

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Azreform.info xəbər verir ki, avronun məzənnəsi 0,6% artaraq 1,8888 manat, Rusiya rublunun məzənnəsi 1,1% irəliləyərək 0,0187 manat, Türkiyə lirəsi 0,3% ucuzlaşaraq 0,0578 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi iaə dəyişməyərək 1,7000 manat olub.