Bakıda "Prius" kişini vurub öldürdü

28
Dek
2023
09:49

Bakıda avtomobil piyadanı vurub.

Azreform.info xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib. Rzayev Pərviz Mirzəli oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 54 yaşlı İbrahimov Faiq Oruc oğlunu vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.