Güclü külək Oğuzda yaşayış binalarının və fərdi evlərin dam örtüyünü uçurub - FOTO

27
Dek
2023
12:14

Qeyri-sabit hava şəraiti nəticəsində əsən güclü külək Oğuz şəhərində dörd və iki mərtəbəli binanın, o cümlədən fərdi yaşayış evinin dam örtüyünü uçurub.

"Report"un məlumatına görə, bundan başqa Baş Daşağıl kəndində evlərin dam örtükləri dağılıb.

Güclü külək nəticəsində rayonda elektrik dayaqları və şəhərin gecə işıqlanmasını təmin edən dayaqlar da aşıb.