Avtobus zolağı ilə hərəkət edən "Mercedes" piyada zolağında məktəblini vurdu - VİDEO

27
Dek
2023
12:07

Paytaxtın mərkəzində avtobus zolağı ilə hərəkət edən maşın piyadanı vurub. 

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb. Belə ki, yüksək sürətlə avtobus zolağında hərəkət edən "Mercedes" markalı maşın, piyada keçidindən keçmək istəyən azyaşlını vuraraq ona xəsarət yetirib.

Məlumata görə, qəza nəticəsində azyaşlının ayağı sınıb. 
Sözügedən görüntüləri təqdim edirik: