Gəncədə avtomobil 42 yaşlı kişini vuraraq öldürüb

26
Dek
2023
22:56

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Azreform.info xəbər verir ki, şəhərin Vəli Xuluflu küçəsində avtomobil piyada - 1981-ci il təvəllüdlü Rauf Sarıyevi vurub.

Yaralı ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.