Həmkəndlilərin mübahisəsi xəstəxanada başa çatdı

26
Dek
2023
21:35

Şəmkir rayonunda həmkəndlilər arasında mübahisə düşüb, 3 nəfər xəsarət alıb.

Azreform.info "Report"a istinadla xəbər verir ki, Morul kəndində M.Mayılovla həmkəndliləri Y.Sadıqov və N.Zeynalova arasında yaranmış mübahisə zəminində tərəflər bir-birinə xəsarət yetirib. Hər üçü xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.