Dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Azreform.info xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
***
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində minaya düşən əməkdaşının son durumu açıqlanıb.
Agentlikdən "Report"a bildirilib ki, minaya düşən Zaur Mahmudov rayon xəstəxanasına yerləşdirilib.
Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti qənaətbəxşdir.
***
İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Bu barədə ANAMA-dan bildirilib.
O, hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.