Dövlət qurumu 107 min manata ofis icarəyə götürdü

25
Dek
2023
17:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi Dağlıq Şirvan Regional Məşğulluq filialı üçün ofis sahəsi icarəyə götürür.

Azreform.info ”ın məlumatına görə, agentlik Faiq Nizami oğlu Şirinov ilə icarə müqaviləsi imzalayıb.

235 kv.m ofis sahəsinin 3 illik icarəsi üçün sözügedən şəxsə 107,019 min manat ödəniş ediləcək. 

Qeyd edək ki, qurum eyni ofis sahəsinin 3 illik icarəsi üçün 2021-ci ildə 90 min manat ödəniş etmişdi.

Könül
Azreform.info