Sumqayıtda zəncirvarı qəza olub, xəsarət alanlar var - FOTO

24
Dek
2023
22:42

Sumqayıtda zəncirvarı qəza baş verib, xəsarət alanlar var.

APA xəbər verir ki, hadisə Sülh prospektində baş verib.

“Range Rover” və “Volkswagen Passat” markalı avtomobillər toqquşaraq yolda hərəkət edən mikroavtobusu da hərəkət zolağından çıxarıb.

Hadisə nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.

Sürücülərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.