Yevlaxda minik avtomobili traktorla toqquşdu: Xəsarət alanlar var

24
Dek
2023
21:28

Yevlax rayonunun Gülövşə kəndində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, VAZ-2106 markalı avtomobillə traktorun toqquşması nəticəsində 1965-ci il təvəllüdlü, N.Yusubova, 1970-ci il təvəllüdlü M.Qarayev və onun oğlu 2013-cü il təvəllüdlü Ü.Qarayev xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.