Azərbaycanda külək kollecin damını uçurdu

24
Dek
2023
20:49

Külək Tovuzda fəsadlara yol açıb.

APA-nın məlumatına görə, axşam saatlarında başlayan külək Tovuzun Qovlar şəhərində yerləşən beşmərtəbəli Tovuz Dövlət Sosial İqtisadi Kollecinin dam örtüyünü yerə salıb.

Rayon mərkəzində bir neçə iri gövdəli ağac aşıb,rayonda elektrik enerjisinin  verilməsi dayanıb. 

Güclü külək Qazax və Ağstafada da bir sıra fəsadlar törədib. Qərb bölgəsində küləkli və yağışlı hava şəraiti davam edir.