“Neftçi”nin yeni baş məşqçisinin kimliyi məlum olub

24
Dek
2023
19:28

Adrian Mutu ilə vidalaşan “Neftçi”nin yeni baş məşqçisinin kimliyi məlum olub.

Azreform.info xəbər verir ki, Miodraq Bojoviç “ağ-qaralar”ın sükanı arxasına keçəcək.

Monteneqrolu mütəxəssis bu gün səhər saatlarında Azərbaycana gəlib və klub idarəçiləri ilə görüşüb.

O, hazırda “Neftçi Arena”dadır və yeni komandasının “Kəpəz”lə keçirdiyi Premyer Liqa matçını tribunadan izləyir.

Bakılılar bu ilin iyulunda bura dəvət etdiyi Adrian Mutu ilə 2 illik müqavilə imzalamışdı. Avrokuboklarda və Premyer Liqada nəticələr yaxşı olmayınca, onunla sözləşməyə vaxtından əvvəl xitam verilməsi zərurəti yarandı.