Sumqayıtda moped dirəyə çırpılıb, sürücü ölüb

24
Dek
2023
09:28

Sumqayıtda yol-nəqliyyat hadisəsi olub.

Azreform.info xəbər verir ki, 1972-ci il təvəllüdlü Füzuli Nizami oğlu Bağırov idarə etdiyi mopedlə şəhər ərazisində hərəkətdə olarkən yol kənarındakı dirəyə çırpılıb.

Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakt üzrə araşdırma aparılır.