2024-cü il üçün BƏDBİN PROQNOZ – “Dünya iqtisadiyyatında çöküş olacaq”

23
Dek
2023
17:07

Amerikalı tanınmış iqtisadçı Harri Dent 2024-cü ildə dünyada böyük iqtisadi böhranın yaşanacağını proqnozlaşdırıb. İqtisadçı “Dent Fox News Digital”a açıqlamasında 2024-cü il üçün iqtisadi proqnozlar səsləndirərkən deyib. 

O bildirib ki, 2024-cü il həyatımızda görəcəyimiz ən ciddi çöküş ili olacaq. 

Son əldə edilən imkanların investorların böyük hissəsində “mülayim tənəzzül” nikbinliyi yaratmasına baxmayaraq, Dent bunu “sabun köpüyü” adlandırıb və vurğulayıb ki, bu köpük 2024-cü ildə partlayacaq:

“Tarixən bazar qabarcıqları səhm qiymətlərinin sürətlə artması, sonra isə kəskin azalma ilə xarakterizə olunur. Bu qabarcıq əslində 2021-ci ilin sonlarında, COVİD pandemiyasından sonra şişməyə başlayıb və ilk əlamətlər 2022-ci ildə “Nasdaq”ın 38 faiz ucuzlaşmasında özünü göstərdi. Bu, S&P-də 86 faiz,  NASDAQ-da isə 92 faiz çöküşdür. Kriptovalyutada isə bu, 96 faiz olacaq”. 

İqtisadçının bədbin proqnozu reallaşa bilərmi?

Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Harri Dentin proqnozlarının o qədər də əsaslı olmadığı qənaətindədir: 

“Əksər dünya iqtisadçı və mütəxəssisləri, düyna iqtisadiyyatını idarə edənlər 2024-cü il barədə ümumən nikbin danışırlar. Dünya artıq iki il bundan əvvəl başlayan kataklizmə uyğunlaşır. Rusiya Ukrayna müharibəsinin başlanması ilə dünyada ciddi iqtisadi kataklizm və böhranlar yaşandı. Artıq həmin dövrdən iki il keçib və proseslər eyni qaydada davam edir. 

Bu mənada 2024-cü ilin dünya iqtisadiyyatının ciddi çöküş ili olacağını düşünmürəm. Yalnız hansısa ciddi siyasi kataklizm və siyasi böhranların yaşanacağı fonunda, proses dünya iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər. Hazırkı vəziyyətə əsasən prosesləri analiz edəndə isə 2024-cü ilin ağır iqtisadi böhran ili olacağını gözləmirəm”.