DTX-ın saxladığı İŞİD üzvlərindən biri azərbaycanlıdır

12
Noy
2023
14:55
Ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən saxlanılan 2 nəfər xarici ölkə vətəndaşı, İŞİD üzvlərinin Tbilisi Şəhər Məhkəməsində bir neçə dəqiqə sonra iclası başlayacaq.

Azreform.info xəbər verir ki, onlardan biri Azərbaycan, digəri isə Rusiya vətəndaşıdır.

İş məxfi olduğu üçün məhkəmə prosesi qapalı olacaq.

Qeyd edək ki, DTX-nın Terorla Mübarizə Mərkəzinin yaydığı məlumatına görə, istintaq nəticəsində müxtəlif növ hərbi texnika, elektrik şoku, partlayıcı maddələr, əldəqayırma partlayıcı qurğular və üzərində İŞİD terror təşkilatının simvolu olan bayraq aşkar edilib. Bildirilib ki, onlar miqrantın qanunsuz başqa ölkəyə köçürülməsi və onun Gürcüstanda qalması üçün müvafiq şəraitin hazırlanması faktı ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində saxlanılıblar.

Saxlanılan şəxslərin vəkil Ani Şişniaşvilinin sözlərinə görə, DTX sübut əldə edə bilməyib, ona görə də istintaq qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirməyə aid olan 236-cı maddə ilə aparılır.

"Bu gün məhkəmə həbs qətimkan tədbiri ilə bağlı müzakirələr aparacaq. İttiham tərəfi hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsini istəyir. Biz həbs qətimkan tədbiri seçilmədən buraxılmasını xahiş edirik, Təbii ki, mənim himayəmdə olanlar özlərini cinayətkar kimi tanımırlar" , - deyə hüquqşünas qeyd edib.