Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın yığması növbəti qələbəsini qazanıb

12
Sen
2024
23:07

Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Azreform.info xəbər verir ki, yığma II turda Avstraliyanı məğlub edib - 3:1.

Yuliya Rıjanova – Günay Məmmədzadə
Jilin Janq – Gövhər Beydullayeva 0,5:0,5
Tu Nquen – Xanım Balacayeva 0:1
Jiayan Şen – Gülnar Məmmədova 0,5:0,5

Qeyd edək ki, ilk turda qadınlardan ibarət yığmamız Nikaraquanı məğlub edib - 4:0. Kişilərdən ibarət komandamız isə İordaniyanı 3,5:0,5 hesabı ilə üstələyib