Daşkəsəndə qəza baş verib, xəsarət alanlar var

12
Sen
2024
21:42

Daşkəsəndə yol qəzası baş verib.

Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.