İsraildə avtomobil partladılıb: çox sayda yaralı var

12
Sen
2024
21:28

İsrailin Təl-Əviv şəhərinin cənub-qərbində yerləşən Ramla şəhərində avtomobilin partlaması nəticəsində azı 13 nəfər xəsarət alıb.

Azreform.info xəbər verir ki, bu barədə ölkənin təcili yardım xidməti məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində iki mağaza yanıb, yanğınsöndürənlər hadisə yerindədir.

“Zərərçəkənlərdən 5-nin vəziyyəti ağırdır, 1 nəfər ağır, 2 nəfər isə orta-ağır xəsarət alıb. Yaralılar arasında 4 uşaq da var”, - məlumatda deyilir.

Qeyd olunub ki, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.