Nusret Gökçenin restoranında müştəri 108 min dollar hesab ödədi

12
Sen
2024
19:00

Məşhur aşpaz Nusret Gökçenin Dubaydakı retoranında müştərilərdən biri 108 000 dollar hesab ödəyib.

Azreform.info BAKU.WS-ə istinadən xəbər verir ki, aşpaz həmin qəbzin şəkilini çəkərək sosial şəbəkə hesabında yayımlayıb.

Restoranda yüksək hesab ödəyən müştəri "Qızıl bifştek", "Qızıl paxlava", bahalı şampanlar, içkilər sifaiş edib.

Hesab ümumilikdə 398 min 630 BƏƏ dirhəmi, yəni 83 min 500 dollar edib.

Bu hesaba sonradan 24 min 500 dollar bəxşiş də əlavə edilib.