21 yaşlı tələbə qəfil öldü: Vəfat edən anası ilə bağlı paylaşımı DİQQƏT ÇƏKDİ

12
Sen
2024
00:42

Masallıda 21 yaşlı gənc qəfil ölüb.

Azreform.info xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, Tural Əbilzadə şəkərinin yüksəlməsi nəticəsində komaya düşüb və axşam saat 23:00-da vəfat edib.

Qeyd edək ki, mərhum Azərbaycan Kooperasiya Universitetinin tələbəsi olub.

T.Əbilzadənin anası da dörd il əvvəl sentyabr ayında vəfat edib və gənc anası ilə bağlı sosial şəbəkə hesabında tez-tez paylaşımlar edibmiş.