Paşinyan Ermənistandakı cinayətkarlıqdan danışıb: Uşaqlarımı yola salanda, əvvəlkindən daha çox narahat oluram

11
Sen
2024
23:07

“Təəssüflər olsun ki, statistika olmasa belə, adi gözlə baxanda da Ermənistanda cinayət nisbətinin artması görünür”.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib.

“Bəzən vəziyyət Ermənistan vətəndaşı üçün təhlükəli olur. Məsələn, uşaqlarımı evdən yola salanda, əvvəlkindən bir az daha çox narahat oluram. Gündən-günə cinayətlərin sayı artır - yol qəzaları, silahlı basqınlar. Hökumət ciddi təhlil və müzakirələrlə məşğuldurmu? Bəlkə daha geniş müzakirələrə ehtiyac var? Bu problemin həlli üçün səylər göstərilirmi? Bu problemin kadr, sistem xarakterli olması mümkündürmü?”, - deyə o qeyd edib.

Paşinyan Ermənistanın narkoticarətdə tranzit ərazi kimi istifadə olunduğunu da etiraf edib: “Bəli, bizim sərhəddən narkotik qaçaqmalçılığı ilə bağlı problemimiz var. Çoxlu pul gətirən hər şey öz yolunu tapır. Bu mövzularda Təhlükəsizlik Şurasının iclasları çağırıldı”.