Bakıda avtomobil marketə çırpılıb, yaralananlar var - VİDEO

11
Sen
2024
21:28

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info APA-ya istinadən xəbər verir ki, Yeni Günəşli qəsəbəsində sürücü idarəetməni itirərək avtomobili yol kənarındakı markete çırpıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.09.2024-cü il tarixində saat 17:40-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən avtomobil qəzası ilə bağlı çağırış daxil olub. Bu barədə TƏBİB-dən APA- nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan 3 nəfər (qadın cinsli), müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.