İsrail ordusu Qəzzadan şimala doğru hərəkətə keçib

11
Sen
2024
02:28

İsrail hərbi səylərinin “ağırlıq mərkəzini” Qəzza zolağından şimala - Livanla sərhəd bölgəyə dəyişir.

Azreform.info ” xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkənin şimalında hərbçilərlə görüşdə deyib.

Onun sözlərinə görə, İsrail Qəzza zolağının cənubunda vəzifələrini tamamlamağa yaxındır, lakin missiya hələ tamamlanmayıb.