Zaxarova: Rusiya ABŞ-yə hesabat vermək niyyətində deyil

11
Sen
2024
00:42

Rusiya Çinlə əməkdaşlığa görə ABŞ-yə hesabat vermək niyyətində deyil.

Azreform.info xəbər verir ki, bunu “RTVI” telekanalına Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz Çinlə münasibətləri qarşılıqlı faydalı şəkildə, beynəlxalq hüquqa tam uyğun şəkildə qururuq və ABŞ-yə hesabat vermək fikrində deyilik”, - Zaxarova vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə “Politico” yazmışdı ki, Moskva hərbi yardım müqabilində Pekinə qabaqcıl hərbi texnologiyalarla kömək edə bilər.