Azərbaycanın U-21 millisi Serbiyaya məğlub olub

10
Sen
2024
21:14

Avropa çempionatının seçmə mərhələsində Serbiya millisi ilə qarşılaşan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandası məğlub olub.

Azreform.info xəbər verir ki, "Dalğa Arena"da gerçəkləşən matçda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa da eyni hesabla uduzub. Samir Əliyevin baş məşqçisi olduğu yığma turnir cədvəlində sonuncu - altıncı pillədə qərarlaşıb.