Noyabrda maşın vurmuşdu, dünən xəstəxanada vəfat etdi

19
Dek
2023
10:14

Noyabrın 27-si saat 06:30 radələrində Rüstəmov Vidadi Dəmir oğlu idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə piyada Məmmədov Səxavət Şahmar oğlunu vurub.

Azreform.info ın məlumatına görə, hadisə nəticəsində S.Məmmədov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, almış olduğu xəsarətlərdən dekabrın 18-də xəstəxanada ölüb.

Faktla bağlı Xətai RPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.