Ankaradan "Rusiya kürəyindən vuruldu" xəbərinə rəsmi AÇIQLAMA

29
Avq
2024
17:21

Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ-nin F-35 qırıcı təyyarələri verəcəyi təqdirdə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemində imtina etməsi ilə bağlı səslənən iddialara aydınlıq gətirib.

Azreform.info xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk açıqlama verib.

“Ölkəmizin hava hücumundan müdafiə ehtiyacları üçün sistem (yəni-S400 raket sistemi nəzərdə tutulur) tələbləri davam edir. Bu çərçivədə S-400 hava hücumundan müdafiə sistemi Türkiyə Silahlı Qüvvələrinin inventarındadır. Hazırda bu məsələ ilə bağlı yeni hər hansı məsələ gündəmdə yoxdur”,- Aktürk qeyd  edib.

Xatırladaq ki, Türkiyənin S-400 zenit raket komplekslərindən imtina etmək niyyətinin dünya gündəminə düşməsi "Rusiya kürəyindən vuruldu" tezisi kimi də qəbul olunub.

Mürtəza
Azreform.info