Oteldə dincələrkən başına baca qapağı düşdü, ağır yaralandı - VİDEO

29
Avq
2024
13:21

Türkiyənin Antalya şəhərinin Alanya rayonunda otelədə istirahət edən şəxsin başına gözlənilməz iş gəlib.

Azreform.info “Anadolu” agentliyinə istinadla xəbər verir ki, hadisə Konaklı səmtindəki otellərdən birində baş verib.

Belə ki, Hanım Kaya Orakçı adlı şəxs hovuz kənarında şezlonqda dincələrkən otelin damından təxminən 20 metr yüksəklikdən baca örtüyü başının üstünə düşüb.

Dərhal təcili tibbi yardımla xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir.

Billurə