Paşinyana alma atdılar

24
Avq
2024
11:07

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Kanaker-Zeytun inzibati rayonundakı qohumlarından birinin evinə baş çəkərkən xoşagəlməz hadisə ilə üzləşib. Qonaq gedilən ev sahibinin qonşularından biri isə Paşinyana etiraz olaraq alma atıb.

Azreform.info xəbər verir ki, bu barədə ArmLur.am yazıb.

“Hadisə axşam saatlarında baş verib. Səfər zamanı sakinlərdən birinin dediyinə görə, başqa bir bina sakini Nikol Paşinyana çoxmərtəbəli binanın pəncərəsindən alma atıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları binada axtarış aparır. Ermənistan Daxili İşlər Nazirliyi hər hansı şərh verməkdən imtina edib”, - ArmLur.am yazıb.

Mürtəza
Azreform.info