Bu ölkədə güclü yağışlar 11 nəfərin ölümünə səbəb oldu

24
Avq
2024
00:07

Çinin şimal-şərqindəki Huludao (Lyaonin əyaləti) şəhərində güclü yağış ciddi fəsadlar törədib.

Bu barədə “Report” Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir.

Qeyd olunub ki, güclü yağışlar nəticəsində 11 nəfər həlak olub, daha 14 nəfər itkin düşüb.

Yollara, elektrik xətlərinə, rabitə şəbəkələrinə, evlərə və əkin sahələrinə ciddi ziyan dəyib. Təbii fəlakətdən 188 757 nəfər zərər çəkib və dəymiş ziyan 10,3 milyard yuan (təxminən 1,44 milyard ABŞ dolları) həcmində qiymətləndirilir.

Eyni zamanda 9 magistral və 210 kənd yolunda nəqliyyatın hərəkəti dayandırılıb, 187 körpü zədələnib.