Azərbaycan Daşkəndin mərkəzində 5 ulduzlu hotel tikəcək

23
Avq
2024
16:28

Gələn ay Azərbaycanın aparıcı şirkətlərindən biri Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində 5 ulduzlu hotelin tikintisinə başlayacaq.

Azreform.info  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

"İki ölkənin prezidentlərinin qəbul etdiyi qərara əsasən, Özbəkistan Azərbaycanda 4, Azərbaycan isə Özbəkistanda 3 layihə icra edəcək. Bunlardan biri hotel layihəsidir. Digər layihə isə Daşkəndin mərkəzində böyük yaşayış kompleksinin inşasıdır", - deyə o qeyd edib.