"Ukraynaya yardım dayandırılmalıdır"

12
Noy
2023
09:27

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson, Ukraynaya yardımdan təcrid olunmuş halda federal hökumətin maliyyələşdirilməsini müvəqqəti davam etdirmək üçün qanun layihəsi təqdim edib.

Azreform.info xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Konqresin aşağı palatasında Respublikaçılar Partiyasının nümayəndələri ilə söhbətində spiker bildirib ki, noyabrın 17-də ABŞ federal hökumətinin fəaliyyətinin dayandırılmasından (bağlanmasından) qaçmaq üçün öz planını təbliğ etmək niyyətindədir. Bu plan 2024-cü il yanvarın 19-dək bir sıra dövlət proqramları və departamentləri, o cümlədən kənd təsərrüfatı, energetika, hərbi tikinti, nəqliyyat və mənzil-tikinti sahələri üçün davamlı maliyyələşdirməni nəzərdə tutur.