Bakı-Naxçıvan aviareysi təxirə salınıb

17
Dek
2023
08:56

Bakı-Naxçıvan aviareysi təxirə salınıb.

Azreform.info  xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251 reysi saat 9:30-a kimi təxirə salınıb.

Məlumata görə, bu, Naxçıvan Muxtar Respublikasındakı mövcud hava şəraiti ilə əlaqədardır.