UEFA Konfrans Liqası: "Sabah" səfər matçından məğlub ayrılıb - Yenilənib

9
Avq
2024
00:56

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Sabah" səfərdə İrlandiyanın "Sent Patriks Atletik" klubu ilə qarşılaşıb.

Azreform.info xəbər verir ki, "Tallqat" stadionundakı matçda meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qarşılaşmada yeganə qolu 35-ci dəqiqədə Romal Palmer təmsilçimizin qapısından keçirib.

Qeyd edək ki, "Sabah" və "Sent Patriks Atletik"arasındakı cavab qarşılaşması avqustun 15-i "Bank Respublika Arena"da reallaşacaq.

***

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Sabah” bu gün 3-cü təsnifat mərhələsində ilk maçtına çıxır.

Azreform.info ” xəbər verir ki, Bakı təmsilçisi İrlandiyada “Sent-Patriks Atletik”in qonağıdır.

Bu raundun cavab oyunları avqustun 15-də gerçəkləşəcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
8 avqust

22:45. “Sent Patriks Atletik” (İrlandiya) – “Sabah”
Baş hakim: Vilyalmur Torarinsson
Baş hakimin köməkçiləri: Gilfi Mar Siqurdsson, Birkir Siqurdarson
Dördüncü hakim: Helgi Mikel Yonasson
(Hakimlər briqadası İslandiyadandır).
VAR hakimləri: Darren Enqland, Neil Davies (hər ikisi İngiltərə).
Dublin. “Tallayt” stadionu.