"Qalatasaray" "Mançester Yunayted"in üzvü ilə razılığa gəldi

31
İyl
2024
19:07

"Mançester Yunayted"in üzvü Skott Maktominay karyerasını Türkiyədə davam etdirə bilər.

Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, onun xidmətində "Qalatasaray" maraqlıdır.

Qeyd olunub ki, "cim-bom" yarımmüdafiəçisi ilə şəxsi razılığa gəlib.

27 yaşlı oyunçu 2017-ci ildən "qırmızı şeytanlar"ın şərəfini qoruyur.

Onun komanda ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.