65 yaşlı qadın 2 min adamı aldadıb, 3 milyon dolları mənimsəyib

11
Noy
2023
17:13
Qırğızıstan Respublikasında iki maliyyə piramidasını təşkil etməkdə şübhəli bilinən 65 yaşlı qırğızıstanlı qadın Türkiyədə saxlanılıb.

Azreform.info Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, O, 2022-ci ilin fevralından axtarışdadır. 

Polis bildirib ki, qadın və iki əcnəbi onlara İngiltərədən gələn böyük investisiya və zərgərlik şirkətinin nümayəndələri olduqlarını deyiblər. Vətəndaşlara nağd əmanətlər üzrə yüksək faiz dərəcələri (260%-ə qədər) vəd edilib.
Onlar digər MDB ölkələrində də maliyyə piramidaları təşkil etməkdə şübhəli bilinirlər. Daxili İşlər Nazirliyinin məlumatına görə, qadının və onun əlaltılarının əməllərindən 100-dən çox, bəzi mənbələrə görə isə 2000-dən çox insan zərər çəkib.

İlkin hesablamalara görə, zərərçəkənlərə 3 milyon dollar ziyan dəyib.