Huşun itirilməsi, qan zəhərlənməsi və ÖLÜM - Dəhşətli istidən necə qorunaq?

10
İyl
2024
00:28

"İsti havalarda ölümcül istilik vurmasının qarşısını almaq üçün paltar və papaqlarınızı su ilə islatmaq, nəm saxlamaq, Voltarol və ibuprofen kimi iltihab əleyhinə dərmanlar qəbul etməkdən çəkinmək lazımdır".

Azreform.info xəbər verir ki, bu barədə "Daily Mail"ə britaniyalı həkim Rob Qallovey məlumat verib.

Həkim qeyd edib ki, təhlükəli istilik vurmasından qorunmağın ən yaxşı yolu günəşin pik saatlarında evdə qalmaqdır. Onun sözlərinə görə, havanın temperaturunun 25°C-dən yuxarı olması, yüksək rütubətlə birlikdə sağlamlıq üçün təhlükəli hesab olunur:

"Bədənin güclü qızması nəticəsində həyati vacib orqanların (ürək, qan damarları, mərkəzi sinir sistemi) funksiyalarının pozulması baş verə bilər ki, bu da sağlamlığın kəskin şəkildə pisləşməsinə, baş ağrılarına, huşunu itirməsinə və ürək bulanmasına, bəzi hallarda isə ölümə səbəb olur.

Çölə çıxmaq lazımdırsa, özünüzlə kifayət qədər içməli su götürdüyünüzə əmin olun. Açıq rəngli kətan və ya pambıq paltar, həmçinin kepka və ya şlyapa geyinmək eyni dərəcədə vacibdir".

Qallovey izah edib ki, yüksək rütubət şəraitində tərin buxarlanması və bədənin soyumasının effektivliyi azalır, buna görə də paltar və papaqları su ilə nəmləndirmək tövsiyə olunur.

Həkim həmçinin voltarol və ibuprofen kimi antiinflamatuar dərmanların qəbulunu dayandırmağı tövsiyə edib. Bu dərmanların böyrək və bağırsaq funksiyalarını poza biləcəyini söylyib:

"2023-cü ildə European Journal of Applied Physiology jurnalında dərc edilən araşdırmada müəyyən edilib ki, bədən istiliyi yüksəldikdə bağırsaq zədələnməsi də baş verir. Bu o deməkdir ki, iltihab əleyhinə dərmanların istiliklə birləşməsi bu həzm orqanına "ikiqat zərbə" verir.

Bağırsağın zədələnməsi həmçinin bağırsaq selikli qişasının keçiriciliyinin artmasına səbəb ola bilər ki, bu da öz növbəsində bakteriyaların qana daha asan daxil olmasına imkan verir və potensial olaraq sepsisə (qan zəhərlənməsinə) səbəb olur".(Publika.az)