Bu ərzaqları soyuducuda saxlamaq ziyandır

9
İyl
2024
18:35

Bəzi qidaların soyuducuda saxlanması sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Yeməyin saxlanma şəraiti onun növündən asılı olaraq dəyişir. Məsələn, bəzi ədviyyatlar otaq temperaturunda saxlanmağa uyğundur, digərləri isə soyuducuda saxlanmalıdır.

Azreform.info axşam.az-a istinadən bildirir ki, qidaların saxlanma şəraiti də müxtəlifdir. Bəzi qidalar soyuducuya qoyulduqda dadı dəyişir və keyfiyyətini itirir. Soyuducuda saxlanmaması lazım olan qidalar bunlardır:

Ən şəfalı qidalardan biri olan avokado uzun müddət yetişən qidalardandır. Alındıqda yumşaq deyilsə, yetişmə prosesini tamamlamaq üçün soyuducuda deyil, qaranlıq bir mühitdə saxlanmalıdır.

Kartofun görünüşü dəyişmədiyi üçün onun xarab olduğunu anlamaq çox çətindir. Onun qoxusu və dadı yaşadığı mühitdən asılı olaraq dəyişir. Soyuducuda saxlandıqda onun görünüşü dəyişməz qalır, lakin dadı pisləşir.

Soyuq və rütubətli mühit qəhvənin teksturasını pozur və onu nəmləndirir. Rütubətli mühit həm qəhvənin keyfiyyətinə təsir edir, həm də dadını korlayır.

Antibakterial xüsusiyyətinə görə orqanizmdə infeksiyaya son verən sarımsaq, soyuducuda saxlandıqda bakteriya əmələ gətirə bilir. Sarımsaq sərin və qaranlıq mühitdə saxlandıqda qida dəyərini qoruyur.

Şəkərlənməyə çox həssas olan bal və mürəbbələr soyuducuda saxlandıqda qida dəyərini və maye formasını itirir.

Avokado kimi yetişməyə davam etdiyi üçün banan soyuducuda deyil, otaq temperaturunda saxlanmalıdır.