"TikTok" beynin strukturunu dəyişdirir - Xəbərdarlıq!

6
İyl
2024
11:35

Son zamanlar xüsusilə gənclər arasında çox populyarlaşan "TikTok" sosial platforması ilə bağlı aparılan araşdırmanın nəticəsi hər kəsi təəccübləndirib.

Azreform.info  Türkiyə mətbuatına istinadla xəbər verir ki, Danimarka Texniki Universitetinin araşdırmasına görə, "TikTok"un çox qısa videoları həddindən artıq çox baxış toplayır və beynin strukturunu dəyişir.

Belə ki, qısa videolar sosial şəbəkələrdə ən çox vaxt keçirən gənc nəslin diqqətini cəmləmək qabiliyyətini öldürür.

İnsanların beyni burada qısa videolar izləməyə öyrəşdiyi üçün onlar uzun mövzulara, uzun filmlərə və sənədli filmlərə diqqət yetirə bilmirlər. "TikTok" qısa videoları ilə də asılılıq yaradır. Bu kontekstdə heç bir uzun mövzuya diqqət yetirə bilməyən insanlara "TikTok beyinli" deyilir.

"TikTok" sorğusunda istifadəçilərin demək olar ki, yarısı bir dəqiqədən uzun filmlərin belə “stressli” olduğunu bildiriblər.

Bu da dərin düşünmə və uzun müddət diqqət tələb edən fəaliyyətlərdə performansın azalmasına səbəb ola bilər. Təəssüf ki, mənfi təsirlər akademik performansdan tutmuş sosial münasibətlərdə qarşılıqlı fəaliyyətə qədər geniş spektrdə özünü göstərə bilər.

Kitab oxumaq, təbiətdə gəzintiyə çıxmaq, incəsənət və əl işi ilə məşğul olmaq və s. diqqətin cəmlənməsində faydalı ola bilər.

Billurə Yunus