Soda tibbi baxımdan olduqca əhəmiyyətlidir. Onun faydalı xüsusiyyətləri qədim zamanlardan məlumdur. Lakin ondan istifadə zamanı bəzi məqamlara diqqət yetirmək lazımdır.
Sfera.az xəbər verir ki, çay sodası adlandırdığımız natrium hidrokarbonatdan məişətdə geniş istifadə olunur.
Daha çox şirniyyatların hazırlanmasında istifadə olunan sodanın tibbi-müalicəvi xüsusiyyətləri çoxdur.
Soda məhlulu ilə qarqara boğaz ağrısı üçün olduqca faydalıdır. Sodanın antibakterial xüsusiyyətlərinə görə, bu üsul həqiqətən də boğaz ağrısının azalmasına kömək edir. Amma angina zamanı sodanın faydası olmur.
Mədədə yanma hissi baş verən zaman qida sodasından istifadə etmək tövsiyə edilir. Həmçinin soda ilə qarqara diş ətinin iltihablanmasının qarşısını alır. Həm də sodalı su ilə qarqara diş ağrılarına faydalıdır.
Əsasən, ishal və qusma ilə müşahidə edilən zəhərlənmələr zamanı sodalı su qəbulu orqanizmi zərərli maddələrdən təmizləyir. Bu məhsul orqanizmdə olan artıq mayeni də xaric edir və ona görə də hipertoniyada tətbiq edilir. Sodanın hipertoniya əleyhinə birgə dərmanlarla qəbulu müsbət səmərə verir.