Tənhalıq insanlarda insult riskini artırır.
Azreform.info xəbər verir ki, bu barədə məlumat Harvard Universitetinin apardığı araşdırmada yer alıb.
Tədqiqatçılar xroniki tənhalıqdan əziyyət çəkən və dörd il ərzində heç vaxt insult keçirməyən 50 və daha yuxarı yaşda olan 12 mindən çox yetkin üzərində araşdırma aparıblar.
Məlum olub ki, tənhalıq insult riskini 56%-ə qədər artıra bilər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalığın ən vacib qlobal sağlamlıq problemlərindən biri olduğunu bildirib. Qeyd edilib ki, tənhalıq sağlamlığın, rifahın və inkişafın bütün aspektlərinə təsir edir.
Təkliyin gündə 15 siqaret çəkmək qədər ölümcül təsiri olduğu bildirilir.
Billurə